
Niyə Sabah Grow? Biz beynəlxalq təcrübə, yeni yanaşmalar və “360 Care” əsasında dəstək təqdim edirik.
Uşağınızın inkişaf səviyyəsini müəyyən etmək üçün elmi əsaslı və beynəlxalq standartlara uyğun testlər
M-CHAT (Modified Checklist for Autism in Toddlers) 16–30 ay arası uşaqlarda Autizm Spektr Pozuntusu (ASP) riskini erkən mərhələdə müəyyən etmək üçün hazırlanmış elmi əsaslı skrininq testidir. Valideyn tərəfindən doldurulan bu qısa anket uşağın sosial bacarıqları, göz təması, oyun davranışları və ünsiyyət qurma qabiliyyəti kimi sahələri qiymətləndirir.
Ətraflı məlumat →
Ankara Gelişim Tarama Envanteri (AGTE) — 0-6 yaş arası uşaqlar üçün hazırlanıb və onların motor, dil, sosial, özünə qulluq sahələrindəki inkişafını qiymətləndirməyə kömək edir. Test valideyn və ya uşağın qayğısına qalan şəxs ilə müsahibə formasında keçirilir və erkən müdaxilə üçün risk qruplarını müəyyən etməyə imkan verir.
Ətraflı məlumat →
ATEC (Autism Treatment Evaluation Checklist) autizm spektr pozuntusu olan uşaqlarda dil - kommunikasiya, sosiallaşma, motor inkişaf, sağlamlıq və səriştə kimi bu və ya digər sahələrdəki dəyişiklikləri izləmək üçün hazırlanmış elmi əsaslı qiymətləndirmə vasitəsidir.
Ətraflı məlumat →
MOXO diqqət testi, uşaqlarda və yeniyetmələrdə diqqət çatışmamazlığı və hiperaktivlik pozuntusu (DƏHP / ADHD) əlamətlərini qiymətləndirmək üçün istifadə olunan kompüter əsaslı, obyektiv və standartlaşdırılmış diaqnostik vasitədir.
Ətraflı məlumat →
CAT (Childrens Apperception Test) – 3–10 yaş arası uşaqlarda emosional vəziyyət, sosial münasibətlər və daxili psixoloji konfliktləri anlamaq üçün istifadə olunan proyektiv testdir. Uşaqlara heyvan fiqurlarının yer aldığı şəkillər təqdim olunur və onlardan şəkillərlə bağlı hekayələr danışmaları istənilir.
Ətraflı məlumat →
GET UP (Gelişimsel Tarama ve Uygulama Protokolü) 3–6 yaş arası uşaqların böyük və kiçik motor bacarıqları, vizual qavrayış, koordinasiya, eləcə də emosional və davranışsal uyğunluğunu qiymətləndirmək üçün standartlaşdırılaraq hazırlanmış inkişaf testidir.
Ətraflı məlumat →
Bender-Gestalt Vizual - Motor Qavrayış Testi 4 yaşdan yuxarı uşaqlarda vizual qavrayış, motor koordinasiya, diqqət, məkan bacarıqları və neyro-psixoloji funksiyaların ilkin dəyərləndirilməsi üçün istifadə olunan elmi və proyektiv testdir. Uşağa bir neçə sadə fiqurun surətini çəkmək tapşırılır – uşağın çəkdiyi fiqurlar onun sinir sistemi, psixoloji vəziyyəti və inkişaf səviyyəsi haqqında vacib məlumatlar verir.
Ətraflı məlumat →
Frankfurter testi (FAIR) 4–12 yaş arası uşaqlarda diqqətin seçiciliyi və davamlılığı kimi koqnitiv funksiyaları ölçmək üçün hazırlanan standartlaşdırılmış psixometrik testdir. Uşağa müəyyən vizual tapşırıqlar verilir və onları məhdud zaman ərzində yerinə yetirməsi tələb olunur. Bu zaman uşağın diqqət səviyyəsi, diqqətin mərkəzləşdirilməsi, davamlılığı və diqqəti saxlama qabiliyyəti obyektiv şəkildə qiymətləndirilir.
Ətraflı məlumat →
Gesell Gelişim Figürleri Testi 2,5–9 yaş arası uşaqların visual - motor koordinasiyası, idrak (koqnitiv) bacarıqları, qavrayış, və əqli inkişaf səviyyəsini qiymətləndirmək üçün istifadə olunan proyektiv və inkişafyönümlü testdir. Test zamanı uşaqlardan sadə fiqurlar çəkmələri tələb olunur. Bu rəsmlər onların əl-göz koordinasiyası, məkan təfəkkürü, yaddaş və ümumi inkişaf yaşına dair obyektiv məlumat verir.
Ətraflı məlumat →
Porteus Labirentləri Testi uşaqların (təxminən 5 yaşdan etibarən) planlama qabiliyyəti, impulsivlik səviyyəsi, məntiqi düşüncə və problem həll etmə bacarıqlarını ölçmək üçün istifadə olunan qeyri-verbal (şəxssiz) psixoloji testdir. Uşaqdan getdikcə çətinləşən labirintləri qaydalara uyğun şəkildə keçməsi tələb olunur. Bu proses zamanı onun düşüncə tərzi, diqqətin davamlılığı və özünü tənzimləmə bacarığı müşahidə edilir.
Ətraflı məlumat →
Cattell Zəkâ Testi – 2A formu 7–14 yaş arası uşaqların sözlü ifadədən asılı olmayan (non-verbal), məntiqi düşüncə, analitik qabiliyyət və ümumi intellekt səviyyəsini ölçmək üçün hazırlanan standartlaşdırılmış intellekt testidir. Testdə şəkil, naxış və formalarla bağlı tapşırıqlar yer alır və bu, uşağın abstrakt düşüncə, qavrama sürəti, problem həll etmə bacarıqları haqqında obyektiv nəticələr verir.
Ətraflı məlumat →
D2 Diqqət Testi uşaqlarda (əsasən 9 yaş və yuxarı) və yeniyetmələrdə diqqətin seçiciliyi, davamlılığı, vizual ayırdetmə bacarığı və psixomotor sürət kimi idrak funksiyalarını qiymətləndirən standartlaşdırılmış psixometrik testdir. Uşağa vizual cəhətdən oxşar simvolların içərisindən müəyyən işarələri seçməsi tapşırılır. Bu zaman diqqətin cəmlənməsi, reaksiya sürəti və düzgünlük səviyyəsi obyektiv şəkildə ölçülür.
Ətraflı məlumat →
Frostig Gelişimsel Görsel Algı Envanteri 4–8 yaş arası uşaqlarda vizual qavrayış və vizual-motor inteqrasiya bacarıqlarını ölçmək üçün hazırlanmış elmi və standartlaşdırılmış inkişaf testidir. Test zamanı uşağa müxtəlif vizual tapşırıqlar təqdim olunur – bu tapşırıqlar vasitəsilə onun şəklə diqqət yetirməsi, forma sabitliyi və məkan əlaqələrini anlaması, vizual yaddaş funksiyaları qiymətləndirilir.
Ətraflı məlumat →
Metropolitan Okul Olgunluğu Testi 5–7 yaş arası uşaqların məktəbə psixoloji və idrak baxımından hazırlıq səviyyəsini qiymətləndirmək üçün istifadə olunan etibarlı və elmi əsaslı qiymətləndirmə alətidir. Test uşağın diqqət, anlama, motor bacarıqlar, vizual qavrayış, say və rəqəm anlayışı, ümumi zehni hazırlıq kimi sahələrdəki inkişafını ölçür.
Ətraflı məlumat →
Peabody Resim ve Kelime Testi 2 yaşdan yuxarı uşaqların qəbuledici (reseptiv) dil bacarıqlarını, yəni eşitdiklərini anlama və söz ehtiyatını qiymətləndirmək üçün istifadə olunan standartlaşdırılmış, dil əsaslı testdir. Test zamanı uşağdan ona deyilmiş sözə uyğun olan şəkili seçməsi istənilir. Bu, onun dil inkişafı, anlama səviyyəsi və yaş göstəricisi haqqında obyektiv məlumat verir.
Ətraflı məlumat →
Peşə (Meslek) Envanteri yeniyetmə və gənclərin maraq sahələrini, şəxsi xüsusiyyətlərini və peşəyə uyğunluqlarını müəyyən etmək üçün istifadə olunan psixoloji qiymətləndirmə vasitəsidir. Test nəticələri əsasında gəncin maraq dairəsi, məqsəd yönümlülüyü, özünü tanıma bacarığı və uyğun peşə sahələri haqqında ətraflı məlumat əldə edilir.
Ətraflı məlumat →