Hər bir şəxsin fərdi ehtiyaclarına cavab verən, elmi əsaalı və beynəlxalq standartlara uyğun proqramlarla inkişafı təmin edirik.
Hər bir proqram uşağın xüsusi ehtiyaclarını nəzərə alaraq hazırlanmış və beynəlxalq təcrübəyə əsaslanır.
0–6 yaş arası uşaqlarda — xüsusilə inkişaf gecikmələri, xüsusi təhsil ehtiyacları və ya əlavə dəstəyə ehtiyacı olan uşaqlarda fərdi və mərhələli inkişafı dəstəkləyən beynəlxalq səviyyədə qəbul olunmuş erkən müdaxilə proqramıdır.
Ev əsaslı və ailə yönümlü yanaşmadır
Fərdi inkişaf planları və mütəmadi müşahidə əsasında tətbiq edilir
Portage proqramı mərkəzimizdə uşağın potensialını ortaya çıxarmaq və inkişafını sistemli şəkildə yönləndirmək üçün tətbiq olunur.
Autizm və digər inkişaf fərqlilikləri olan uşaqlarda emosional, sosial və ünsiyyət bacarıqlarını dəstəkləyən, elmi əsaslı bir erkən müdaxilə proqramıdır. Proqramın əsas məqsədi — uşağın maraq dairəsinə daxil olaraq onunla emosional əlaqə qurmaq və bu münasibət üzərindən zehni və sosial inkişafa təşviq etməkdir.
Fərdi ehtiyaclara uyğunlaşdırılmış yanaşma
Valideynin aktiv iştirakı və evdə tətbiq imkanı
Mərkəzimizdə DIR / Floortime yanaşması uşağın daxili dünyasını anlamağa və onunla birlikdə böyüməyə əsaslanır.
Autizm spektr pozuntusu olan uşaqlarda sosial qarşılıqlı əlaqə, ünsiyyət bacarıqları və emosional əlaqə qurma qabiliyyətini gücləndirmək üçün hazırlanmış valideyn və uşaq yönümlü bir müdaxilə proqramıdır. Proqramın əsas prinsipi — uşağı olduğu kimi qəbul edərək, onun dünyasına sevgi və maraqla daxil olmaqdır.
Münasibət əsaslı və qeyri-məcburi yanaşmadır
Valideynlərin əsas rolda olduğu modeldir
Mərkəzimizdə Son-Rise yanaşması uşağın özünü ifadə etmə bacarığını artırmaq və ailə ilə sağlam əlaqələr qurmasını dəstəkləmək məqsədilə tətbiq olunur.
Danışma çətinliyi və ya nitq geriliyi olan uşaqlar üçün hazırlanmış alternativ və artırıcı ünsiyyət (AAC) sistemidir. Uşaq, ehtiyaclarını və fikirlərini şəkillər vasitəsilə ifadə etməyi öyrənir. Proqram autizm və digər nitq-pozuqluqları olan uşaqlarda ünsiyyət bacarıqlarını artırmaq üçün effektiv üsul kimi geniş şəkildə tətbiq olunur.
Danışıq bacarığı olmayan və ya məhdud olan uşaqlar üçün uyğundur
Sosial qarşılıqlı əlaqəni və özünü ifadə etməyi gücləndirir
Mərkəzimizdə PECS proqramı uşağın müstəqil ünsiyyət bacarığı qazanmasına dəstək olmaq məqsədilə mütəxəssislər tərəfindən tətbiq edilir.
Məktəbəqədər yaş dövründə olan uşaqlar üçün yaradılmış uşaq mərkəzli, layihə əsaslı və tədqiqata yönəlik bir təhsil modelidir. Bu yanaşmada uşaq aktiv öyrənən, müəllim yol göstərən və təhsil mühiti isə 'üçüncü müəllim' rolundadır.
Uşağın maraq və təşəbbüsünə əsaslanan proqramdır
Yaradıcı düşüncə, əməkdaşlıq və problem həll etmə bacarıqlarını gücləndirir
Mərkəzimizdə Reggio Emilia yanaşması uşaqların təbii maraqlarını təşviq edərək onların öz fikirlərini ifadə etməsinə, öyrənməni sevərək kəşf etməsinə şərait yaradır.
Öyrənmə çətinliyi (disleksiya, diskalkuliya, dispraksiya, disqrafiya) yaşayan uşaqlar üçün hazırladığımız proqramlar onların idrak bacarıqlarını, məktəbə uyğunluğunu və özünəinam hissini gücləndirməyə yönəlmişdir.
Fərdi və qrup məşğələləri
Akademik bacarıqların gücləndirilməsi (oxu, yazı, riyaziyyat və s.)
Uşağınız öyrənməkdə çətinlik çəkirsə, bu, onun uğurlu ola bilməyəcəyi demək deyil. Biz bu yolda onun güclü tərəflərini kəşf edir, addım-addım inşa edirik.
Nitqdə gecikmə, artikulyasiya problemləri, ləng danışıq inkişafı və ya ünsiyyət pozuntuları yaşayan uşaqlar üçün hazırladığımız loqopedik proqramlar uşağın danışıq bacarıqlarını, söz ehtiyatını, səlis və düzgün tələffüzünü elmi əsaslarla dəstəkləyir.
Nitq gecikməsi, kekələmə, artikulyasiya və fonoloji çətinliklər üzrə dəstək
Autizm və digər inkişaf çətinliklərində ünsiyyət bacarıqlarının artırılması
Uşağınızın səsi duyulsun! Loqopedik dəstəyimizlə onun ünsiyyət bacarıqları daha aydın, inamlı və təsirli olacaq.
Fiziki inkişaf — uşağın ümumi inkişafının təməl sütunlarından biridir. Mərkəzimizdə təqdim olunan fiziki inkişaf proqramları uşağın böyük və kiçik motor bacarıqlarını, bədən koordinasiyasını, tarazlıq və hərəkət qabiliyyətini dəstəkləyən sistemli məşğələləri əhatə edir.
Yaşa və inkişaf səviyyəsinə uyğun fiziki məşğələlər
Böyük və kiçik motor bacarıqlarının inkişafı
Uşağınızın bədəni hərəkət etdikcə, beyni də inkişaf edir. Sağlam bədən və güvənli hərəkət üçün fiziki inkişaf proqramlarımızla tanış olun!
Xüsusi qayğıya ehtiyacı olan uşağın valideyni olmaq həm sevgi dolu, həm də bəzən çətin bir yol ola bilər. SABAH Dəstək Mərkəzi olaraq biz bu yolu tək keçməməyiniz üçün buradayıq! Valideynə Dəstək Proqramı – Sizin üçün hazırlanmış, elmi yanaşmalara əsaslanan dəstək sistemidir. Proqramın əsas məqsədi, Sizə:
Övladınızı daha yaxşı anlamağa
Evdə doğru yanaşmalar tətbiq etməyə
Burada Siz tək olmadığınızı hiss edəcək, psixoloq, loqoped və digər sahələr üzrə mütəxəssislərimizdən dəstək alacaqsınız. Çünki hər valideyn SABAH-da dəyərlidir!
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək – yalnız bilik deyil, eyni zamanda dərin empatiya, davamlı inkişaf və güclü komandaya ehtiyac tələb edir. SABAH Dəstək Mərkəzinin “Mütəxəssisə Dəstək Proqramları” məhz bu ehtiyacları qarşılayan peşəkar platformadır. Proqram sizə:
Çətin davranışların idarə olunması üzrə praktiki bacarıqlar
Müasir yanaşma və metodikalar
İstər yeni başlayan mütəxəssis olun, istər sahədə illərlə təcrübəniz olsun – SABAH Sizə öz bilik və bacarıqlarınızı inkişaf etdirmək, həm də ruhən güclənmək üçün şərait yaradır.
Mərkəzimizdə aparılan texno dəyəeləndirmə əsasında şəxsin ehtiyaclarına uyğun “360 Care” yanaşması ilə ən uyğun proqramı müəyyənləşdiririk.