Sabah
dəstək mərkəzi

Sabah hərkəs üçün yeni başlanğıcdır.

Haqqımızda

Haqqimizda

SABAH-ın missiyası cəmiyyətin bütün üzvləri — uşaqlar, yeniyetmələr, gənclər, valideynlər, müəllimlər və xüsusi ehtiyaclı şəxslər üçün keyfiyyətli və əlçatan inkişaf imkanları yaratmaqdan ibarətdir.

Biz pedaqoji, psixoloji və loqopedik dəstək xidmətləri təqdim etməklə yanaşı, fərdi ehtiyaclara uyğunlaşdırılmış tədris və inkişaf proqramları vasitəsilə hər bir şəxsin intellektual, emosional və sosial potensialını üzə çıxarmağı hədəfləyirik. Məqsədimiz sağlam düşüncəli, özünə güvənən və cəmiyyətə faydalı şəxslərin formalaşmasına dəstək olmaq, eyni zamanda inklüzivlik və bərabərlik prinsiplərinə əsaslanan davamlı öyrənmə mühiti yaratmaqdır.

Haqqımızda
✨ Komandamız

Komandamızla tanış olun

Həsənov Nicat - Fiziki tərbiyə və idman mütəxəssisi

Həsənov Nicat

Fiziki tərbiyə və idman mütəxəssisi

Məmmədova Ayşən - Mütəxəssis

Məmmədova Ayşən

Mütəxəssis

Həsənova Samirə - P.f.d., SABAH-ın təhsil departamentinin rəhbəri

Həsənova Samirə

P.f.d., SABAH-ın təhsil departamentinin rəhbəri

Normativ baza

Azərbaycanda xüsusi təhsil ehtiyacı olan uşaqların hüquqlarını qoruyan, onların təhsil, reabilitasiya və sosial inteqrasiyasını təmin edən bir sıra qanunvericilik aktları mövcuddur.

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının Konstitusiyası

Konstitusiyanın 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət xüsusi qayğıya ehtiyacı olan şəxslərə bərabər imkanlar yaradır.

“Təhsil haqqında” Qanun

“Təhsil haqqında” Qanun

Xüsusi təhsil ehtiyaclı uşaqlar üçün fərdi təhsil planları, reabilitasiya və korreksiya proqramları nəzərdə tutulur.

“Uşaq hüquqları haqqında” Qanun

“Uşaq hüquqları haqqında” Qanun

Uşaqların fiziki və psixoloji sağlamlığının qorunması, sosial müdafiəsi və təhsil hüququnun təmin olunması əsasdır.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun (2023)

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun (2023)

Əlilliyi olan uşaqların inklüziv təhsil imkanları və sosial xidmətlərə bərabər çıxışı təmin olunur.

Beynəlxalq sənədlər

  • BMT-nin Uşaq Hüquqları Konvensiyası
  • BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası
  • UNESCO-nun inklüziv təhsil üzrə tövsiyələri